Zurabişvilinin sarayının qarşısına qatar qoydular

Zurabişvilinin sarayının qarşısına qatar qoydular
Dünya 10 Dekabr 2024 18:00

Gürcüstan prezidentinin sarayının qarşısına bələdiyyə orqanları tərəfindən qatar qoyulub.

Sitat.info xəbər verir ki, bunu Gürcüstan Prezident Salome Zurabişvili deyib.

“Orbeliani meydanında, sarayın qarşısında mənimçün qatar qoyublar. Görək kim gedəcək!”, - Zurabişvili bildirib.

Gürcü mətbuatının məlumatına görə, qatar həqiqi deyil, ola bilsin ki, Tiflis meriyası tərəfindən Yeni il ərəfəsində quraşdırılan bayram tədbiri ilə əlaqədardır.