Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi
Gündəm 04 Dekabr 2024 15:08

Xankəndi şəhərinə, Ağdərə və Xocalı rayonlarının Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

“Sitat.info” xəbər verir ki, həmin vəzifəyə Əməkdar jurnalist Afət Telmanqızı təyin edilib.

Qeyd edək ki, 30 ildən artıq jurnalistika təcrübəsinə malik olan Afət Telmanqızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub.

Ailəlidi, iki övladı var.