İspaniyada zavodda partlayış: ölənlər və yaralılar var

İspaniyada zavodda partlayış: ölənlər və yaralılar var
Gündəm 27 Noyabr 2024 19:50

İspaniyanın Alikante bölgəsində zavodda partlayış olub.

Sitat.info xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, binada qazan partlayıb, nəticədə 3 nəfər ölüb, 7-si isə yaralanıb. Partlayış nəticəsində binada dağıntılar olub, bir neçə nəfərin də dağıntılar altında qaldığı bildirilib.

Hadisə yerində xilasedicilər işləyir.