Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib
Gündəm 08 Noyabr 2024 11:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.

Sitat.info xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.