KİV: Netanyahunun evinin yaxınlığında partlayış səsi eşidilib

KİV: Netanyahunun evinin yaxınlığında partlayış səsi eşidilib
Dünya 05 Noyabr 2024 21:14

İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki evindən bir neçə kilometr aralıda böyük partlayış səsi eşidilib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Tasnim News" ivrit mənbələrinə istinadən xəbər verib.

Bildirilir ki, hələlik partlayışın səbəbi müəyyən edilməyib və məsələ araşdırılır.