Azərbaycan və Türkiyəyə qarşı güclü lobbiçilik fəaliyyəti var - Yücel Karauz

Azərbaycan və Türkiyəyə qarşı güclü lobbiçilik fəaliyyəti var - Yücel Karauz
Gündəm 04 Noyabr 2024 11:16

Bu gün həm Azərbaycan, həm də Türkiyəyə qarşı güclü lobbiçilik fəaliyyəti var.

Sitat.info xəbər verir ki, bunu türkiyəli general Yücel Karauz Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, belə olan halda hər iki dövlət güclü olmalı, birgə mübarizə aparmalıdır.

General xatırladıb ki, bu gün Türkiyə və Azərbaycana qarşı dezinformasiya müharibəsi aparılır: "ABŞ və Fransa bu müharibənin əsas tərəfləridir. Məsələn, "erməni soyqırımı" iddiası onların ortaya atdığı yalandır. Azərbaycan və Türkiyəyə, bütövlükdə türk dünyasına qarşı hücumları aradan qaldıracağımıza inanıram. Çünki biz haqlıyıq".