Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib

Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib
Gündəm 01 Noyabr 2024 15:34

Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahid Sabir oğlu Məmmədovun meyitinin qalıqları Şəki rayonunun Zəyzid kəndinə aparılıb.

Sitat.info Report-a əsasən bildirir ki,Report-un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Şəhidin nəşi Zəyzid kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov 1974-cü il sentyabrın 9-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. O, 1993-cü il Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində itkin düşüb.