Türkiyədəki teraktla bağlı mediaya yayım qadağası qoyuldu

Türkiyədəki teraktla bağlı mediaya yayım qadağası qoyuldu
Gündəm 23 Oktyabr 2024 18:45

Türkiyədə TUSAŞ-ın müəssisəsində baş verən terrorla bağlı mediaya yayım qadağası tətbiq edilib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahin məlumat yayıb.

"Yerli və milli müdafiə məhsullarımızın inkişaf etdirildiyi, qürurumuz olan TUSAŞ-ın obyektlərinə edilən terror hücumundan sonra müvafiq məhkəmə tərəfindən nəşr qadağasına qərar verilib", - Şahin qeyd edib.