Antalyada güclü zəlzələ baş verdi

Antalyada güclü zəlzələ baş verdi
Dünya 15 Oktyabr 2024 22:19

Türkiyənin Antalya vilayətinin Kaş ilçəsində 4,7 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerin 23,55 km dərinliyində qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.