Ukrayna Rusiyanın Su-25 təyyarəsini vurdu

Ukrayna Rusiyanın Su-25 təyyarəsini vurdu
Gündəm 05 Oktyabr 2024 16:25

Ukrayna ordusu Donetsk vilayətində Rusiyaya məxsus təyyarəni vurub.

Sitat.info xəbər verir ki, bu barədə Konstantinovski şəhər hərbi idarəsinin rəisi Sergey Qorbunov bildirib.

"Qırıntılar Konstantinovski şəhərinin ətrafına düşüb, bir neçə fərdi evə ziyan dəyib. Ölən və xəsarət alan yoxdur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, vurulan təyyarənin Su-25 olduğu iddia edilir.