“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək

“Azərişıq” rəsmisi: Zəngilanda bütün elektrik xətləri yeraltı çəkiləcək
Gündəm 05 Oktyabr 2024 16:19

Zəngilan şəhərində elektrik verilişi xətlərinin hamısı yeraltı çəkiləcək.

Sitat.info xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Qarabağ Regionunun İstismar üzrə rəis müavini Rəşad İbrahimov bildirib.

Onun sözlərinə görə, Zəngilan şəhərində yerləşən 1 saylı 35/4 kilovoltluq yarımstansiyanın üstünlüyü ondan ibarətdir ki, ətrafda olan bütün yaşayış və ictimai obyektlərə elektrik verilişi xətləri tam olaraq yeraltı olacaq.