Rusiya İsveç səfirliyinin üç əməkdaşını ölkədən çıxaracaq

Rusiya İsveç səfirliyinin üç əməkdaşını ölkədən çıxaracaq
Dünya 26 Aprel 2022 17:59

Moskva İsveç səfirliyinin üç əməkdaşını arzuolunmaz şəxs elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib.

İsveçin Rusiyadakı səfiri Milena Mard bu barədə məlumatlandırılıb və ona “İsveç hakimiyyətinin ölkədən əsassız olaraq qovulmuş rusiyalılara qarşı düşmənçilik hərəkətləri”, habelə Kiyev rejiminə hərbi dəstək göstərilməsi və s. ilə bağlı kəskin etiraz bildirilib.

Nazirlikdən belə bir qərarın Stokholm tərəfindən tətbiq edilən analoji tədbirlərə cavab olduğu vurğulanıb.