Bu yoldakı məhdudiyyət aradan QALDIRILDI

Bu yoldakı məhdudiyyət aradan QALDIRILDI
Gündəm 26 Sentyabr 2024 16:30

8 Noyabr prospektində tətbiq edilən məhdudiyyət ləğv edilib.

Sitat.info DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, təmirlə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.