Dnestryanı şəhərlərində blokpostlar yaradılır

Dnestryanı şəhərlərində blokpostlar yaradılır
Dünya 26 Aprel 2022 16:28

Dnestryanı şəhərlərində blokpostlar yaradılır.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə qondarma qurumdan məlumat verilib.

Məlumata görə, şəhərlərə girib-çıxan hər kəs yoxlanılacaq.

Qondarma qurumdakı bütün güc strukturları gücləndirilmiş iş rejiminə keçib.

Bundan başqa, Dnestryanıdakı təhsil müəssisələri dərs ilinin sonuna kimi distant tədris sisteminə keçməyə məcbur olub. Mayın 9-da Qələbə Gününə həsr olunmuş hərbi parad da ləğv olunub.

Qeyd edək ki, ötən gündən Dnestryanıda ardıcıl partlayışlar baş verib.