Zelenski Baku tv-nin müxbirinin sualını cavablandırdı: - "Azərbaycan üçün Ukraynaya silah baxımından kömək etmək çətindir, bunu başa düşmək olar" -VİDEO

Zelenski Baku tv-nin müxbirinin sualını cavablandırdı: - \"Azərbaycan üçün Ukraynaya silah baxımından kömək etmək çətindir, bunu başa düşmək olar\" -VİDEO
Gündəm 23 Aprel 2022 23:15

“Azərbayacan Prezident İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir. Azərbaycan bizə humanitar, tibbi yardım edib”

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında Baku TV-nin jurnalistinin sualına cavab verərkən bildirib.

Çıxışının davamında Ukrayna Prezidenti deyib:

“Hesab edirəm ki, bu gün Azərbaycan üçün Ukraynaya silah baxımından kömək etmək çətindir, bunu başa düşmək olar. Çünki onların Qarabağ problemi var, bu tarixi məsələdir, çox çətindir”.