883-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

883-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Gündəm 25 İyul 2024 17:16

Rusiya müharibənin 883-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 630 təyyarəsi, 278 helikopteri, 28 382 PUA-sı, 556 zenit-raket kompleksi, 16 660 tank və digər zirehli texnikası, 1 383 reaktiv yaylım atəş sistemi, 12 363 artilleriya və minaatanı, 24 046 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.