Simonyan MDB PA-nın iclasında iştirakdan imtina etdi
Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının (PA) iclasında iştirakdan imtina edib.
Sitat.info xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, A.Simonyan iyulun 12-də Sankt-Peterburqda baş tutacaq görüşdə iştirak etməyəcək.