Türkiyə Portuqaliyaya qarşı: start heyətləri açıqlandı

Türkiyə Portuqaliyaya qarşı: start heyətləri açıqlandı
Gündəm 22 İyun 2024 19:45

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Sitat.info UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Altay Bayandır, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Yunus, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz, Zəki Çəlik

Portuqaliya: Dioqo Koşta, Kanselo, Pepe, Ruben Diaş, Nuno Mendeş, Bruno Fernandeş, Bernardo Silva, Palinya, Vitinya, Kristiano Ronaldo, Joao Feliks.

Xatırladaq ki, hər iki komanda qrup mərhələsinin birinci turunda qələbə qazanıblar. Türkiyə millisi Gürcüstanı (3:1), Portuqaliya seçməsi isə Çexiyanı (2:1) məğlub edib.