İranda narazı təqaüdçülər AYAĞA QALXDI

İranda narazı təqaüdçülər AYAĞA QALXDI
Dünya 11 İyun 2024 19:17

İranın Kermanşah əyalətinda təqaüdçülər etiraz aksiyası keçiriblər.

Sitat.info xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, aksiyada dövlət qulluğu, sosial təminat və tibb sahəsində çalışmış narazı təqaüdçülər iştirak edib.

"Həbsdə olan müəllim azad edilməlidir! Hicabı burax, bizim vəziyyətimiz haqda düşün! İşsizlik, inflyasiya xalqın canının bəlası!", - deyə etirazçılar şüarlar səsləndiriblər.