Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi
Gündəm 28 May 2024 11:03

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Sitat.info xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabında paylaşım edilib.

"Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük", - paylaşımda vurğulanıb.