İrəvan sərhədçilərini Azərbaycan sərhədinə yerləşdirir

İrəvan sərhədçilərini Azərbaycan sərhədinə yerləşdirir
Gündəm 24 May 2024 10:22

İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bəyanat yayıb.

Məlumata görə, qurumun Sərhəd Qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində dövlət sərhədinin mühafizəsi üzrə təlimlər keçirir.

Qeyd olunub ki, təhlükəsizlik və əməliyyat məqsədi ilə qeydiyyatı olmayan vətəndaşların Kirants kəndinə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.