Küləkli hava nə vaxtadək davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?
Gündəm 02 May 2024 09:36

Bu gün saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya bildirilib ki, hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrdir.

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.