Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
Dünya 18 Aprel 2024 13:51

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.

 Ocağı yerin 11.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.