İsrail ilə HƏMAS arasında atəşkəs danışıqları dondurulub

İsrail ilə HƏMAS arasında atəşkəs danışıqları dondurulub
Dünya 17 Aprel 2024 09:02

İsrail və Fələstinin "HƏMAS" hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı danışıqlar "demək olar ki, dondurulub".

Sitat.info-nun məlumatına görə, bu barədə "NBC" televiziya kanalı ərəb diplomatına istinadən bildirib.

Onun sözlərinə görə, danışıqlar İranla gərginliyin İsrail siyasətində mərkəzi yer tutması ilə bağlı dayanıb.