AMEA Aparat rəhbəri işdən çıxdı

AMEA Aparat rəhbəri işdən çıxdı
Gündəm 15 Aprel 2022 13:10

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının rəhbəri Seyfəl Həsənov işdən çıxıb.

Bu barədə Axar.az-a Akademiyadan məlumat verilib.

Qeyd olunub ki, S.Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib və müraciəti qəbul edilib.

Həmçinin bildirilib ki, hazırda onun yerinə təyinat yoxdur.