Cənubi Koreya ikinci kəşfiyyat peykini orbitə çıxaracaq

Cənubi Koreya ikinci kəşfiyyat peykini orbitə çıxaracaq
Dünya 05 Aprel 2024 09:03

Cənubi Koreyanın ikinci kəşfiyyat peyki aprelin 8-də orbitə buraxılacaq.

Sitat.info-nun məlumatına görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Müdafiə Nazirliyinə isinadən bildirib.

Peyk Florida ştatında yerləşən Con Kennedi adına Kosmik Mərkəzindən yerli vaxtla aprelin 7-də, lakin Seul vaxtı ilə aprelin 8-də saat 08:17-də buraxılacaq.

Cihaz "SpaceX" şirkətini "Falcon 9" raketi ilə orbitə göndəriləcək.