Fransada PKK tərəfdarları hava limanına hücum etdi
Fransada PKK tərəfdarları Parisdəki Şarl de Qoll hava limanında işçilərə hücum edib.
Sitat.info xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.
Onlar PKK-çı Firaz Qorxmazın Türkiyəyə ekstradisiyasına mane olmaq istəyiblər.
PKK-çılarla hava limanı işçiləri arasında əlbəyaxa dava baş verib. Əraziyə dərhal hərbçilər yeridilib. Hücum nəticəsində hava limanının 3 əməkdaşı yaralanıb.
Hücum edənlərdən heç kimin saxlanılmadığı da bildirilib.