Fici sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Fici sahillərində 6,7 bal gücündə zəlzələ baş verib
Dünya 27 Mart 2024 09:16

Fici adaları sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info-nun məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 77 min nəfərdən çox əhalisi olan Suva şəhərindən 588 kilometr cənub-qərbdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.