Hakan Fidan Lavrova başsağlığı verdi

Hakan Fidan Lavrova başsağlığı verdi
Dünya 23 Mart 2024 13:13

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün axşam saatlarında (22 mart) Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Danışıq zamanı H. Fidan Türkiyənin Moskvada törədilən dəhşətli terror aktını pisləyidiyini vurğulayaraq, dövlət başçısının və Türkiyə xalqının başsağlığını Rusiya xalqına və hökumətinə çatdırıb.