Kreml Stoltenberqin Qafqaz səfərini şərh etdi
Qafqaz ölkələrinin NATO ilə təmasları onların suveren hüququdur, Rusiya müşahidə edir, lakin diqqəti ikitərəfli münasibətlərə yönəldir.
Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov NATO-nun rəhbəri Stoltenberqin Cənubi Qafqaz turu haqqında danışarkən deyib.
“Alyansın təsirini genişləndirmək cəhdləri çətin ki, sabitlik əlavə etsin”, - o bildirib.
Qeyd edək ki, NATO Baş kativi Yens Stoltenberq Bakı və Tiflisdən sonra hazırda İrəvanda səfərdədir.