İsrail Qəzzada humanitar yardımların yığıldığı anbarı vurdu: 15 ölü
Qəzza zolağında əhalini ac və susuz qoyaraq humanitar fəlakətə səbəb olan İsrail ordusu humanitar yardımların yığıldığı anbarı vurub. Hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
İlkin məlumata görə, hücumda azı 8 fələstinli ölüb, çoxlu sayda yaralı var.
Bundan əlavə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsindəki evi bombalayıb.
İsrail ordusunun geri çəkildiyi ərazidə 15 nəfərin cəsədi tapılıb.
Digər tərəfdən Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının cənubunda İsrail ordusunun qismən geri çəkildiyi Xan Yunus şəhərinin Hamed bölgəsində 15 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Meyitlər Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
Nərgiz,
Sitat.info