Moldova Rusiyaya qarşı sanksiyaların tərəfindədir

Moldova Rusiyaya qarşı sanksiyaların tərəfindədir
Dünya 13 Mart 2024 22:03

Moldova Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyətini dəstəkləyir.

Sitat.info xəbər verir ki, ​​​​​​ bu barədə ölkənin baş nazirinin müavini və xarici işlər naziri Mixay Popsoy deyib.

"Hesablamalarımıza görə, Moldova sanksiyaların təxminən 80%-nin tərəfindədir. Bunlara həm şəxsi məhdudiyyətlər, həm də iqtisadi tədbirlər daxildir", - o qeyd edib.