Rusiya təyyarəmizi vurmaq istəyirdi - Fransız nazir

Rusiya təyyarəmizi vurmaq istəyirdi - Fransız nazir
Gündəm 22 Fevral 2024 18:42

Rusiya Qara dənizdə Fransa təyyarələrini birbaşa təhdid edib.

Sitat.info xəbər verir ki, bu sözləri Fransa müdafiə naziri Sebastien Lekornu RTL-ya müsahibəsində deyib.

“Bir ay əvvəl Rusiyanın Hava Nəqliyyatı İdarəsi Qara dənizdə Fransa təyyarəsini vurmaqla hədələmişdi, halbuki təyyarəmiz patrul etdiyimiz beynəlxalq azad zonada idi”, - deyə nazir bildirib.