Paşinyan Münhenə getdi

Paşinyan Münhenə getdi
Dünya 16 Fevral 2024 13:28

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün üç günlük işgüzar səfərlə Münhenə gedib.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

“Hökumət başçısı Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub”, - o bildirib.

Qeyd edək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.