İranda polis rəisi öldürüldü

İranda polis rəisi öldürüldü
Dünya 13 Fevral 2024 13:51

İranın Həmədan əyalətinin Məlayir şəhərinin təhlükəsizlik polisinin rəisi polkovnik Mahmud Xudada güllələnərək öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Onun qətldə günahlandırılan şəxsi tutmaq üçün keçirilən əməliyyat zamanı öldüyü bildirilib.

Aparılan axtarış tədbirləri nəticəsində şübhəli saxlanılıb.