Tramp prezident seçilsə, İrana təzyiqlər artacaq

Tramp prezident seçilsə, İrana təzyiqlər artacaq
Dünya 12 Fevral 2024 14:35

Donald Trampın prezident seçiləcəyi təqdirdə sanksiya təzyiqlərinin artmasına və aktiv bazarında şoka hazır olmalıyıq.

Sitat.info xəbər verir ki, bu barədə İran parlamentinin Araşdırmalar Mərkəzinin başçısı Babək Nigahdari deyib.

“Tramp prezident olsa, ABŞ Çini cilovlamaq istiqamətində səylərini artıracaq və nəticədə bu ölkənin İran neftinin alışı azalacaq”, - Nigahdari xəbərdarlıq edib.