Paşinyandan Rusiyanı qəzəbləndirəcək açıqlama

Paşinyandan Rusiyanı qəzəbləndirəcək açıqlama
Dünya 12 Fevral 2024 10:46

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib.

Sitat.info xəbər verir ki, o, bunu İngiltərənin "Daily Telegraph" qəzetinə müsahibəsində deyib.

"Ukrayna vəziyyətində biz Rusiyanın müttəfiqi deyilik. Və bu, reallıqdır", - Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, Ermənistanın ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı digər tərəfdaşlara qarşı yönəlməyib.