Səudiyyə İsraillə danışıq şərtini açıqladı

Səudiyyə İsraillə danışıq şərtini açıqladı
Dünya 07 Fevral 2024 12:20

Səudiyyə Ərəbistanı yalnız Fələstin dövlətini tanıdığı və qoşunlarını Qəzza zolağından çıxaracağı təqdirdə İsraillə diplomatik münasibətləri normallaşdıracaq.

Sitat.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Krallıq ABŞ administrasiyası ilə 1967-ci il sərhədləri və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti tanınmadan, habelə İsrailin Qəzzada təcavüzünə son qoyulmadan Təl-Əvivlə diplomatik münasibətlərin olmayacağına dair qəti mövqeyini müzakirə edib”, - məlumatda bildirilib.