Kreml: Putinin Türkiyə səfərinin gündəmində ikitərəfli əlaqələr və Ukrayna olacaq

Kreml: Putinin Türkiyə səfərinin gündəmində ikitərəfli əlaqələr və Ukrayna olacaq
Gündəm 02 Fevral 2024 17:36

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələri ilə yanaşı, Ukrayna da daxil olmaqla regional məsələlər müzakirə olunacaq.

Sitat.info xəbər verir ki, Peskov Putinin bu ay baş tutması gözlənilən Türkiyə səfəri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

Səfərin mümkün tarixi ilə bağlı danışan Peskov deyib ki,  səfər tarixini vaxtında açıqlayacağıq.

Türkan

Sitat.info