Braziliyada sərnişin gəmisinin batması nəticəsində 8 nəfər ölüb

Braziliyada sərnişin gəmisinin batması nəticəsində 8 nəfər ölüb
Gündəm 25 Yanvar 2024 20:43

Braziliyanın şimal-şərqindəki Bahia ştatında sərnişin gəmisinin batması nəticəsində 8 nəfər ölüb.

Sitat.info xəbər verir ki, Dövlət Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamaya görə, Todos os Santos körfəzində hərəkət edən sərnişin gəmisi həddindən artıq sıxlıq səbəbindən çevrilib.

Hadisə nəticəsində 8 nəfər ölüb. Axtarış-xilasetmə işləri davam edir.

Seymur Bənnayev

Sitat.info