İsrailin Livana hücumu nəticəsində daha bir mülki şəxs həlak olub
İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində bir mülki vətəndaş həlak olub.
Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələrinin Kəfra qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində yaralanan Semira Cəmil Muhamməd aparıldığı xəstəxanada dünyasını dəyişib.
İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgələrinə oktyabrın 8-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən livanlı mülki vətəndaşların sayı 30-a yüksəlib.
Kənan
Sitat.info