İsrail qüvvələri İordan çayının qərb sahilində 24 fələstinlini həbs edib
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın edərək 24 fələstinlini həbs edib.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri İordan çayının qərb sahilindəki Hebron, Cənin və Qalkilya şəhərlərinə basqın edib.
İsrail qüvvələri Hebron şəhərinin müxtəlif bölgələrində 16, Cəninin cənub-qərbindəki Yabed qəsəbəsində 6 fələstinlini, Qalkilya şəhərində isə 2 fələstinlini nəzarətə götürüb.
Türkan
Sitat.info