Qəzza Səhiyyə Nazirliyi: Qəzza zolağında 350 min xroniki xəstə dərmansız qalıb

Qəzza Səhiyyə Nazirliyi: Qəzza zolağında 350 min xroniki xəstə dərmansız qalıb
Gündəm 16 Yanvar 2024 18:40

İsrailin sıx hücum və blokadasını davam etdirdiyi Qəzza zolağında 350 min xroniki xəstənin dərmanlarını ala bilmədiyi bildirilib.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra məsələ ilə bağlı açıqlama verib.

Qudra deyib: "Qəzza zolağında 350 min xeoniki xəstə dərmansız qalıb".

Qudra beynəlxalq qurumlara bununla bağlı çağırış edib.

Seymur Bənnayev

Sitat.info