Akademiya rəisinin birinci müavini vəzifəsindən azad olundu

Akademiya rəisinin birinci müavini vəzifəsindən azad olundu
Gündəm 09 Aprel 2022 17:35

Hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini vəzifəsindən azad olunub.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M.Əhmədov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.