Almaniya Ukraynaya "Leopard" tankları göndərib

Almaniya Ukraynaya \"Leopard\" tankları göndərib
Dünya 05 Yanvar 2024 09:45

Almaniya Ukrayna Silahlı Qüvvələrinə daha bir hərbi yardım paketi göndərib.

Sitat.info xəbər verir ki, paketə "Leopard" tankları və 10 ədəd "Marder" zirehli texnikası daxildir.

Bundan əlavə, hərbi yardım paketinə "Skynex" hava hücumundan müdafiə sistemi, TRML-4D hava nəzarət radarı və IRIS-T SLM hava hücumundan müdafiə sistemləri daxildir.