Səfərbərlik elan olunmalıdır: sağlam insan… - Deputat

Səfərbərlik elan olunmalıdır: sağlam insan… - Deputat
Gündəm 30 Dekabr 2023 12:00

Azərbaycanda sağlam insan naminə səfərbərlik elan edilməlidir.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu gün ölkəmizdə narkomaniya ilə bağlı vəziyyət buna qarşı adekvat addımlar atmağa sövq edir:

“Bu sahədə təsirli addımlar atılmalıdır. Bütün narkoaludəçiləri reabilitasiya mərkəzlərinə yerləşdirmək olmur. Bunun qarşısı indidən alınmasa, bir neçə ildən sonra ağır fəsadları yaranacaq”.