Türkiyənin Ədliyyə naziri: Türkiyənin yeni konstitusiyaya ehtiyacı var

Türkiyənin Ədliyyə naziri: Türkiyənin yeni konstitusiyaya ehtiyacı var
Dünya 28 Dekabr 2023 21:16

“Etdiyimiz bütün bu dəyişikliklər Konstitusiyamızda qəyyumluq ruhunu azaldıb, lakin tamamilə aradan qaldırmağa kifayət etmədi. Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğu aydındır. Siyasi baxışlarından asılı olmayaraq, hamı bununla razılaşır".

Sitat.info xəbər verir ki, ​​​​​​ bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

Onun sözlərinə görə, bütün partiya rəhbərləri də hər açıqlamalarında bu mövzuya toxunur, və yeni konstitusiyanın lazım olduğunu deyir. 

Seymur Bənnayev

Sitat.info