Ukrayna Fransa ilə birgə silah istehsalına hazır olduğunu bildirib
Ukraynanın müdafiə naziri Rustem Umerov Fransa şirkətlərini Ukraynada silah istehsal etməyə çağırıb.
Umerov, "Fransa müdafiə şirkətlərinə dedik ki, ortaq istehsala hazırıq. Qoy silahları Ukraynada istehsal etsinlər. Bu çox vacibdir" -deyə əlavə edib.
Ukrayna hökuməti əvvəllər Fransa istehsalı olan SEZAR zirehli haubitsaları üçün Parisə pul ödəmişdi.
Fransa şirkətləri Ukraynaya top və haubitsa sursatlarının ixracını davam etdirir.
Məğrur,
Sitat.info