İsrail mətbuatı: İsrail ordusu indiyədək Qəzza zolağında 700 fələstinlini həbs edib

İsrail mətbuatı: İsrail ordusu indiyədək Qəzza zolağında 700 fələstinlini həbs edib
Gündəm 07 Dekabr 2023 21:30

İsrail ordusunun işğalını genişləndirdiyi Qəzza zolağında indiyədək 700 fələstinlini nəzarətə götürdüyü açıqlanıb.

Sitat.info xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, İsrail ordusu hücumlarını artırdığı Qəzza zolağında indiyədək 700-ə yaxın fələstinlini nəzarətə götürüb.

KAN-ın sosial media hesabında paylaşdığı görüntülərdə Qəzza zolağının şimalında dağıntıların ortasında yarıçılpaq və alt paltarında yan-yana düzülmüş və əlləri qandallı onlarla fələstinli görünür.

Kənan

Sitat.info