ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi

ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi
Gündəm 05 Dekabr 2023 13:00

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlu Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Sitat.info xəbər verir ki, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.

Vəziyyəti qənaətbəxşdir.